Qərar Vəkillər Kollegiyası Rəyasət Heyətinın dünəki iclasında qəbul olunub
Sentyabrın 6-da Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bu barədə Vəkillər Kollegiyasının saytında (http://barassociation.az/news/142) xəbər verilib.
Yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar qəbul olunub.
Bundan başqa, vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o sıradan vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Xüsusilə, vəkilə etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub, ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə 2 vəkilə töhmət verilib, müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunub. 17 iş üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib.
Ancaq cəzalandırılan vəkillərin adı açıqlanmayıb.
azadliq.info