Sentyabrın 11-də Bakının Nəsimi rayonu araşdırmaçı-jurnalist Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulmuş qadağanı qanuni sayıb. Qadağa hələ 2014-cü ildə qoyulub.
Çobanoğlu məhkəmədən qadağanı qanunsuz hesab etməyi xahiş edib, amma məhkəmədə prokurorluq nümayəndəsi qadağanın qanuni olduğunu bildirib və bunu böyük bir qrup QHT-yə və “Azadlıq Radiosu”na qarşı cinayət işinin davam etməsi ilə əsaslandırıb.
Müdafiə tərəfi qadağanın qanunsuz olduğunu bildirib, belə ki, o, təqsirləndirilən və ya şübhəli şəxs deyil. Çobanoğlu apellyasiya şikayəti vermək niyyətindədir.
Son illər o, dəfələrlə prokurorluqda “Azadlıq” qəzetinin, “Azadlıq Radiosu”nun, jurnalist Əfqan Muxtarlının işi ilə bağlı dindirilib.
Avqustun 14-də jurnalist ölkəni tərk etməyə çalışıb, amma sərhədçilər onu buraxmayıblar.
2013-cü ildən etibarən 10-dan çox ölkə jurnalistinin Azərbaycandan çıxmasına qadağa qoyulub. Doqquz jurnalist artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. 2017-ci ildən bu işlərlə bağlı Azərbaycan hökuməti ilə kommunikasiya başlayıb. (turan)