Freedom House nümayəndəsi Marc Behrendt BBC-yə bildirib ki, qanunvericilikdə diffamasiyanın cinayət məsuliyyəti yaratması tənqidi mediaların bağlanmasına, tərəfsiz internet saytlarının bloklanmasına səbəb olub və ondan fərdi tənqidçilərə qarşı cinayət məsuliyyəti yaratmaq üçün alət kimi istifadə edilir:
“Bununla da Azərbaycan jurnalistlər üçün ən repressiv mühitlərdən birinə çevrilməkdədir və onların hüquqi yolla müdafiə olunması getdikcə çətinləşir”, Marc Behrendt vurğulayıb.
Freedom House təmsilçisi hesab edir ki, Azərbaycan höküməti bölgədəki “ən avtoritar hakimiyyətlərin getdikcə daha çox istifadə etdiyi bu üsullardan əl çəkməli və dərhal Mehman Hüseynovu və digər siyasi məhbusları azadlığa buraxmalıdır.
Marc Behrendt-in fikrincə, “siyasi məhbuslara cəza müddətinin başa çatmasına az müddət qalmış yeni ittihamların verilməsi Azərbaycan hakimiyyətinin əlində yeni və insafsız bir alətdir”.