Türkiyənin Samsun vilayəti sahillərinə yaxın sularda yük gəmisinin batması nəticəsində həlak olmuş Azərbaycan vətəndaşının şəxsiyyəti məlum olub. Azərbaycanın Ankaradakı səfirliyinin birinc katibi Şöhrət Mustafayev BBC Azərbaycancaya deyib ki, 22.09.1978-ci il doğumlu Məmmədəli İbrahimovun cəsədi arama-qurtarma qrupu tərəfindən çıxarılıb.
“Azərbaycan vətəndaşı olan digər şəxsin axtarışı davam etdirilir”, konsul əlavə edib.
Türkiyənin Samsun vilayəti sahillərinə yaxın sularda yük gəmisinin batması nəticəsində bir azərbaycanlı ölüb, digəri itkin düşüb.
Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyi Türkiyənin Samsun vilayəti sularında batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.
“Qəza nəticəsində bir nəfər azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir”,- Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Türkiyədə heyətində azərbaycanlıların da olduğu Panama bayrağı altında üzən gəmi batıb, 6 nəfərin öldüyü bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, yük gəmisində 13 heyət üzvü olub.
Türkiyənin İhlas xəbər agentliyinin məlumatına görə, yük gəmisi Qara dənizdə, Samsun şəhərindən 80 mil məsafədə batıb.