Güney Azərbaycan Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı özünün fb səhifəsində Azərbaycanda baş verən proseslərə münasibət bildirib: “Quzey Azərbaycanda yaranmış vəziyyət bizdə çox ciddi narahatlıq doğurur.Biz Azərbaycanlıların bir dövləti var və bu dövlətdə baş verənlər hamımızın daima diqqətindədir. Çox təəssüf ki, indi ölkədə ciddi insanı böhran yaşanır. Artıq bütün demokratik dünya Azərbaycanda çoxlu sayda siyasi məhbusların olmasından danışır.
Mehman Hüseynovun yenidən ittiham edilməsindən sonra aclıq etməsi bizi sarsıtdı. Həqiqəti deyənlərin belə amansız üsullarla cəzalandırıması Azərbaycanı dünyada çox pis göstərir.
Mən Azərbaycan hakimiyyətini siyasi məhbusları azad etməyə, demokratiyanı bərpa etməyə çağırıram. Əks-halda bütün Azərbaycanlıların yeganə olan dövləti dünyada pis duruma düşəcək”.