Qənimət Zahid
İlham Əliyevin «Nəsimi ili»ni mən necə qiymətləndirirəm: (Lap əvvəldən deyim, bəzi diletantların tərcüməsində verildiyi kimi «nəsim» sözü «səhər küləyi» demək deyil, eləcə «xəfif, yüngül külək», «meh» deməkdir, səhərin- axşamın dəxli yoxdur. Nəsim səhər də, günorta da, axşam da əsə bilər).
Bu cənabın 2019-u «Nəsimi ili» elan etməsi isə Azərbaycan tarixinə, ədəbiyyatına sayğıdan doğan bir nəsnə deyil. Heydər Əliyevin şair Qabilə (məsələn), İlham Əliyevin də indi hələ sağ qalan o biri şairlərə- qəzetçilərə ev verməsi kimi bir şeydir. İlham Əliyevin Azərbaycan tarixindən- ədəbiyyatından anladığı bir şey yoxdur. Heç onun bütün çevrəsində də Nəsimi irsindən, klassik Azərbaycan ədəbiyyatının ruhundan bir zərrə- bir nəsnə anlayan bircə nəfər belə yoxdur. Azərbaycanda bir Nizami adlı beynəlxalq Cəmiyyət yaradıb dünyanın bütün «atmış banka»larını, yəni korrupsiya və rüşvətə meylli olan köhnə prezidentləri, nazirləri oraya necə doldurublarsa, Nizami adı ilə necə beynəlxalq xaltura ilə məşğuldurlarsa, Nəsiminin adı ilə də eləcə xaltura etmək istəyir. 2019- cu ilə Nəsimi adını vermək, Azərbaycan ordusunun silah- sursat təchizatından milyonlar çırpışdıran Yaqub Eyyubova «Şöhrət» ordeni vermək kimi bir nəsnədir İlham Əliyev üçün. Nəsimiyə də sonrakı tarixlə minnət qoymaq istəyir ki, bax, sənin adına il verdim, özünü ağıllı apar, bundan sonra yaxşı şeirlər yaz, Allahşükür Paşazadənin də fitvalarına uyğunlaş. Onun, yəni İlham Əliyevin bu il adlandırma gələnəyində, bundan zərrə qədər də artıq düşüncə- yanaşma çaları yoxdur. Ona görə də, «Azərbaycanlılar haqlı olaraq 2019-un «Nəsimi ili» adlandırılmasını belə yozurlar ki, dərimizi soymağa hazırlaşırlar». Bu yorumu tənqid edənlər yarınmağı harmoniya kimi sunmaq istəyənlərdir.