Avropa Parlamentindəki Mehman Hüseynov haqqındakı qətnaməyə etiraz edənlərin siyahısını gördüm. Dedim görəsən əleyhinə səs verənlər kimlərdir. Ortaya belə bir siyahı çıxdı:
1. 28 nəfər əleyhinə səs verənin yarısı (14 nəfər) fransızdır (guya bunlar ermənipərəst idi lol) və Marine Le Penin partiyası “Milli Cəbhə”nin üzvüdür.
2. Yunanlardan Georgios Epitidios və Lampros Fountoulis var – ikisi də irqçi Golden Dawn partiyasının üzvüdü. Elefterios Sinadinos da əvvəl bu partiyadan olub amma sonra çıxıb. O da yaddaşlarda türklər haqqında dediyi irqçi “çirkli və iyrənc” ifadəsi ilə yadda qalıb.
3. İngilislərdən Janice Atkinson İngiltərədə mühafizəkarlığı ilə məşhurlaşıb (taylandlılara tinq-tonq deməsi, edam hökmünün gəlməyini istəməsi, homoseksuallara terapiya tətbiq olunmasını istəməsi və s.) Digər əleyhdar Stuart Agnew da iqlim dəyişikliyinin yalan və uydurma olduğunu deyən cahillərdəndi. Hətta bunu bitkilərin karbon dioksidə ehtiyacı olduğunu deyərək müdafiə edib.
4. Hollandlardan Olaf Stuger, Auke Zijlstra, André Elissen irqçi və islamofob Geert Uildersin partiyasının üzvləridir.
5. Latviyalılardan Andrejs Mamikins və Iveta Grigule-Pēterse lap ətinizi tökəcək. Avropa Parlamenti qanunlarına görə parlamentarilər öz qohumlarını işə götürə bilməz. Bunu görün necə həll (!) ediblər – Mamikins Grigulenin qızını, Grigule isə Mamikinsin arvadını özünə köməkçi götürüb.
Hələ digərlərinə baxmadım, məsələn, litvalı parlamentari də Litvada vergi qaçırdığı üçün axtarışdadı, Interpola verilib amma deputatdır deyə toxunulmazlığı var. Görəsən Mehman əleyhinə səs verməyə nə vadar edib onları. Nə korrelasiya var?
Hamısı da ENF (Europe of Nations and Freedom) avroskeptik, sağçı və ifrat sağçı siyasi qruplaşmasındandılar.