Bu gün – yanvarın 25-də AXCP üzvləri Saleh Rüstəmli, Vidadi Rüstəmli, Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlinin prosesi zamanı məhkəmə qarşısında yenə zala girmək istəyənlərə təzyiq olub. Əvvəlki proseslərdə olduğu kimi zala məhdud sayda adam buraxılıb. Giriş qapısını bağlayıb toplaşanları ərazidən uzaqlaşdırmağa çalışan polislərə etiraz edilib.
Məhkəmədə iştirak etmək istəyənlərə polisin müdaxiləsinə etiraz edən Taleh Rüstəmovu (Saleh Rüstəmlinin qardaşı) “asayiş keşikçiləri” zorla Post-Patrul maşınına mindirərək aparıblar. Bu zorakılığa etiraz edən cəbhəçilərdən Orxan Səlimzadə, Uğur Cəfərov, Cabbar Savalanlı, Mehdi Nağıyev, Ceyhun Arif, Fuad Quliyev, Kənan Əzizli, Xəyal Əliyev və İslam İslamzadə ərazidən aparılıb. Onların 22-ci polis bölməsinə aparıldığı deyilir.
azadliq.info