Ailəsi İranda yaşayan etnik azərbaycanlı, milli fəal Abbas Lisanidən 20 gündən çoxdur ki, xəbərsiz olduğunu deyir.
Onun ailə üzvləri müsahibələrində deyib ki, Abbas Lisani Təbrizdə məhkəmə binasında üç mülki geyimli şəxs tərəfindən aparılıb,
“Getdik arxasınca Təbrizə. Dedilər ki, Ərdəbildədir. Ərdəbil prokurorluğuna dəfələrlə getsək də, heç bir məlumat ala bilməmişik”, ailə üzvləri deyir.
Bu xəbəri müstəqil mənbələrdən təsdiqlədə bilməyib.
İranın Azərbaycandakı səfirliyi bu məsələ ilə bağlı onlarda məlumatın olmadığını deyib.
Fəal Abbas Lisani bir müddət öncə İran Azərbaycanının məşhur musiqi müəllimi Həsən Dəmirçinin Təbrizdəki dəfn mərasimində söylədiyi nitq səbəbilə mühakimə edilib.
Ərdəbil İnqilab Məhkəməsi onun 10 aylıq həbs olunması barədə qiyabi hökm verdikdən sonra o, küçədə saxlanaraq həbs edilib, özü bu barədə deyib. Onun sözlərinə görə, məhkəməyə çağırış və hökm barəsində ona SMS vasitəsilə xəbər göndərildiyi üçün o, bu cür cağırışı qanunsuz saydığını bildirib.
Ailə üzvlərinin sözlərinə görə, Abbas Lisani 20 gün əvvəl Təbrizə bu qərardan etiraz üçün gedib. Onlar bildirir ki, həmin vaxtdan bəri, cənab Lisani zəng də etməyib.
“Niyə tutulduğunu bilmirik”, ailə üzvləri bildirib.
BBC News Azərbaycanca