“Popkorn aksiyası haqqında sosial şәbәkәdә yazdığım statusu sildirib buraxdılar”
Bunu mayın 11-i axşam saatlarında saxlanılan Azәrbaycan Xalq Cәbhәsi Partiyasının (AXCP) üzvü Nicat Abdullazadə deyib.
“Sәbail Rayon Polis İdarәsinә aparılmışdım. Orada mәndәn popkorn aksiyasını, yәni yeraltı keçiddә popkornu hansı mәqsәdlә satmaq istәdiyimi soruşdular. Bildirdim ki, oradan qovulmuş uşağa popkornun satışından aldığım pulla kömәk etmək istәyirәm. Mәnә bildirdilәr ki, uşaq işlә tәmin olunub. Bundan sonra statusumu sildirib buraxdılar”.
Nicat Abdullazadənin bu dediklərinə, hələlik, Sәbail Rayon Polis İdarәsindən münasibət almaq mümkün olmayıb.
Azadlıq radiosu