Baş prokuror aktyordurmu ?
Dünən, mayın 24- də baş prokuror Zakir Qaralov Gəncəyə gedib ki, orda Asan xidmətlik eləsin. Yəni, vətəndaşları qəbul edib onların şikayətlərini yerindəcə həll eləsin. Başprokurorun qəbuluna düşmək üçün 200 nəfər gəlib çıxa bilib, amma cəmi 25 nəfəri qəbul edib. Bu 25 nəfər isə Zakir Qaralovluq elə bir işi iolmayan adamlar olub. Yəni, kimsə nə vaxtsa, uzaq keçmişdə həbs edilmiş qohumunun, daha uzaq keçmişdə itmiş- oğurlanmış inəyinin taleyi ndən nahatalıq üçün gəlib. Uzaq keçmişlərdə həbs edilənlərin işinə baş prokuror yox, məhkəmə baxır, yəni. Amma bu adamları seçərək Qaralovlayıblar. Özləri də biliblər ki, heç bir faydası olmayacaq, amma hər halda protokol üçün gəliblər.
Amma əsl şikayətçiləri ki, onların işi isti-isti, elə Qaralovluqdur, bu cür adamların heç birini qəbula buraxmayıblar. Qaralovun səfəri ərəfəsində polis Gəncə şəhərində darama aparıb. Bu daramanın nəticəsin də 200 nəfərə qədər adam qapının ağzına qədər gəlib çıxa bilib.
Xüsusilə son Gəncə işi zamanı həbs edilənlərin valideynlərini və ailə üzvlərini müvəqqəti təcridxanalara da doldurublar ki, şəhərdə görüküb baş prokurorun ovqatını təlx eləməsinlər. Bu məqsədlə Gəncə şəhər prokurorluğuna gedən yolları 150 nəfərdən artıq mülki geyimli polis əməkdaşları bloklayıblar.
Ən maraqlısı da budur ki, şəhər prokurorluğuna tərəf axışan şikayətçilərin də çoxunu «Zakir Qaralov gəlməyib, orda sadəcə aktyorlar gəlib film çəkirlər » sözləri ilə başdan eləməkləri olub və deyəsən, yerinə düşən ifadə də elə bu olub. Yəni, Qaralov Gəncyə şikayət dinləmək üçün yox (həll etmək onsuz da, onun imkanları daxilində deyil) aktyorluq üçün gəlib. Təkrar edirik, bu, bizim sözümüz deyil, vətəndaşları « hadisə yerindən » uzaqlaşdırmaq üçün polisin işlətdiyi ifadədir. Bu təqdimatın keçmədiyi anlarda isə post patrul əməkdaşları vətəndaşları qabaqcadan hazır edilmiş maşınlara dolduraraq « film çəkilən» ərazidən uzaqlaşdırıb…
azadliq.info