Hakimiyyət üçün hansı daha önəmlidir?
YAP hakimiyyəti bütün sahələrdə Azərbaycanı məğlub vəziyyətə salıb. Hətta elə bir “uzaqgörən siyasət” həyata keçirdilər ki, ən geridəqalmış ölkələrlə müqayisə olunduq. Düşmən və kasıb Ermənistanı da bizdən önə keçirdilər.
Təkcə iqtisadi, siyasi, hüquqi sahədə deyil, təkcə maddi sərvətləri talamaqla deyil, mənəvi dəyərləri məhv etməklə də, Azərbaycanı məğlub duruma saldılar. Məhz YAP hakimiyyətinin sayəsində bu ölkədə şəhid adı, qazi adı, vətənpərvərlik anlayışı da ucuzlaşdı
Milyardların talan edildiyi ölkəd şəhid məzarları sahibsiz və bərbad vəziyyətdədir.
Rayon mərkəzlərinə Heydər Əliyevin heykəllərini düzənlər, şəhid məzarlarını abadlaşdırmağa, şəhidlər uyuyan məkanı təmiz saxlamağa pul tapmırlar.
Aşağıda gördükləriniz fotolar Qax rayonunun Lələpaşa kəndinin Şəhidlər Xiyabanında çəkilib. Vətən üçün canından keçənlərə “tolerant” münasibət burda da davam edir.
Əslində, təəccüblü heç nə yoxdu. Qarabağ qazilərinin şərəlnərək həbs edildiyi, işgəncə gördüyü, şəhid analarının zorakılığa məruz qaldığı, aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgələrin alçaldığı ölkədə vəziyyət belə də olmalıydı. Eyni zamanda bu ölkəyə rəhbərlik edənlər ermənilərə pulsuz qaz verir, qondarma Ermənistan soyqırımını tanıyan ölkələrdə xeyriyyə tədbirləri keçirir, müzəffər ordunu Sarkisyanın xahişi ilə durdurur.
Göründüyü kimi yürüdülən siyasət düşməni sevindirməkdən başqa heç nəyə xidmət etmir.
Bu hakimiyyət bir tərədsən erməni kilsəsini qızdırır o biri tərəfdən , Azərbaycan şəhidinə soyuq münasibət sərgiləyir. Azərbaycan gəncinə mesaj verilir ki, bu ölkədə vətən üçün ölənlər yox, hökumət üçün ölənlər uca tutulur.
Vatikandakı xarabalıqlara, Fransadakı muzeylərə, Serbiyadakı yollara görə narahat olan hökumət, Qaxdakı şəhidlərə görə narahat deyil.
Ona görə də hamıya aydın olmalıdır ki, vətəni pul oğurlamaq üçün vasitə kimi görənlər, vətəndaşı dəyər kimi görə bilməz.
Daxildə şəhidə belə münasibət varsa, xaricdə “Qarabağ danışıqları” aparmaq sadəcə gülüncdür, ikrah doğurur və buna görə də nəticəsizdir.
Samir