Səhiyyə Nazirliyinin iddiası əsasında blogger Teymur Kərimova qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə prosesinə başlanılıb. İyunun 7-də Nəsimi Rayon məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə hazırlıq iclası keçirilib. Tərəflərin vəsatətləri dinlənilib.
Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatət verib.
Teymur Kərimovun vəkilləri Bəhruz Bayramov və Elçin Sadıqov iddianın əsassız olduğunu bildiriblər. İddianın Cinayət Prosesual qanunvericiliyə uyğun tərtib olunmadığını bildirən vəkil Bəhruz Bayramov iddianın geri qaytarılması barədə vəsatət verib. Vəkil vəsatəti cavabdehin məlumatlarının düzgün qeyd edilməməsi ilə əsaslandırıb. Eləcə də, Səhiyyə Nazirliyinin hüquqi şəxs kimi xüsusi ittihamçı kimi çıxı. Etməsinin mümükünsüzlüyünü bildirib. Digər vəkil Elçin Sadıqov bu barədə Ali Məhkəmə qərarının olmasını da xatırladıb. “2014-cü ilin noyabrın da Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın bu barədə qərarı var. Şərəf və ləyaqətin açaldılması iddiası ilə fizikii şəxslərin iddia qaldırma hüququ var. Hüquqi şəxslər isə işgüzar nüfuza dəymiş ziyanla bağlı iddia qaldıra bilərlər”,- deyə Elçin Sadıqov bildirib.
Hakim Babək Pənahov müşavirəyə gedib. İclas katibi məhkəmənin hazırlıq iclası ilə bağlı qərarının iyunun 10-da elan olunacağını bildirib.
Bloggerə dəstək üçün məhkəmədə səhiyyə sistemindən əziyyət çəkən xeyli vətəndaş da iştirak edib.
azadliq.info