İyunun 20-də Binəqədi Rayon Polis İdarəsində AXCP fəalı Paşa Dadaşzadəyə şifahi xəbərdarlıq edərək azad buraxıblar. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.
Onun sözlərinə görə, fəal dünən axşam saatlarında evindən polisə aparılmışdı.
“Paşa Dadaşzadə Facebook-da hüquq- mühafizə orqanlarının və digər hökumət qurumlarının kəskin tənqidi əks olunun video yayıb. Polisdə bu video barədə soruşublar və təkzib verməsini tövsiyə ediblər. Ona şifahi xəbərdarlıq edərək azad buraxıblar”, G. Bayramlı qeyd edib.
Öz növbəsində rəsmi qurumlar Paşa Dadaşzadənin saxlanılması barədə hələ məlumat yaymayıblar.
Amerikanın səsi