![](https://i1.wp.com/www.azadliq.info/wp-content/uploads/2017/08/qarabag.jpg)
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib. Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb. Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə üz-üzə gəliblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” doğma meydançada rəqibinə uduzub. Qonaqlar 34 və 68-ci dəqiqələrdə fərqlənəək, “Qarabağ”ın qapısından 2 cavabsız top keçiriblər. Ümumi hesabda 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşıb.