AXCP sədri Əli Kərimli sentyabrın 4-də növbəti dəfə Sevinc Osmanqızının yutub kanalında canlı yayımın qonağı olub və gündəmlə bağlı suallara cavab verib. Lakin bu dəfə müsahibə yarıda kəsilib. Kiber müdaxilə səbəbindən Sevinc Osmanqızının avadanlığında səslə bağlı problem yaranıb və müsahibəni davam etdirmək mümkün olmayıb. Müsahibənin baş tutan hissəsində isə Əli Kərimli Rusiya Təhlükəsizlik Şurasının katibi Patruşevin Bakıya səfəri, ölkə başçısı İlham Əliyevin uzun müddət iş başında görünməməsi barədə suallara cavab verib. AXCP sədri ölkə başçısı İlham Əliyevə bir sıra suallar da ünvanlayıb. Müsahibənin məhz həmin hissəsini təqdim edirik: