AŞPA bürosu Frank Şvabeni Azərbaycanda 9 fevral parlament seçkilərini müşahidə missiyasının rəhbəri təyin edib. Missiya fevralın 6-dan 10-na qədər Bakıda olacaq.
Missiya ilə birlikdə Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi Torhildur Sunna Evarsdottir və Azərbaycan və mətbuat və jurnalistlərin azadlığı üzrə məruzəçi Stefan Şennak da gələcək.
Frank Şvabe Azərbaycan hakimiyyətinin siyasətini daima tənqid edən şəxs kimi tanınıb. O dəfələrlə Azərbaycan hakimiyyətindən pul alan şəxsləri korrupsiyada ittiham edib