
“Seçkisonrası dövrdə Azərbaycanda baş verən hadisələrdən həddindən artıq narahatam”, 9 fevral seçkilərində AŞPA-nın müşahidəçilər missiyasının koordinatoru Frank Şvabe Tvitter-dəki mikrobloqunda belə yazıb.
“Ddeputatlığa namizədlərə qarşı zorakılıq və onların həbsi biabırçı haldır. Ölkə hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırıram”, deyə o qeyd edib.
Öz növbəsində, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Stefan Şennak Tvitter-də yazıb: “Bu seçkilər ətrafında baş verənlərdən çox narahatam – bülletenlərin kütləvi şəkildə qutulara atılması, jurnalistlərin döyülməsi, bütün digər pozuntular – (məntəqələrin) 40%-də bu cür hallar həqiqətən baş verib – çox pisdir”.
Contact.az