İdlibdə rəsmən Rusiya-Türkiyə müharibəsi gedir. Rusiya qırıcıları növbəti dəfə Türkiyə ordusuna böyük zərbə vurub.
Rus aviasiyası Türkiyə hərbi konvoyunu bombalayıb. Sosial şəbəkələrdə türkiyəlilərin 100-ə qədər itki verdiyi yazılır. Reyhanlı dövlət xəstəxanasına çox sayda təcili tibbi yardım maşınları üz tutub. Türkiyə Milli Müdafiə Nazirliyi rəqəm açıqlamağa tələsmir. Qardaş ölkənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan fövqəladə toplantı çağırıb.
Rusiya hava qüvvələri bir neçə gündür Türkiyə ordusuna ardıcıl zərbələr endirir. Buna qədər türkiyəlilər 20 nəfərə qədər itki vermişdilər.
Türkiyənin NTV kanalı isə Türkiyə ordusunun əməliyyatı nəticəsində Suriya ordusuna məxsus 55 tank, 3 helikopter,18 zirehli maşının məhv edildiyini xəbər verir.
Azadliq.info