(Ertekin Türkiyədə həbs zamanı)
(Həbsdən sonra Azərbaycanda, Milli Məclisdə deputat kreslosunda, birinci sırada)
Dəfələrlə, KİV-də qeyd olunmuşdur ki, Azərbaycan hökümətinin Ergenekon şəbəkəsi ilə biznes əlagələri var. Dünən tanınmış araşdırmaçı -jurnalist Cavanşir Həsənli FB səhifəsində maraqlı bir məlumat və şəkil paylaşıb. Bu haqda dərhal criminal.az, agregator.az xəbərlər saytları da paylaşıb. Şəkildəki adamların kimlikləri və yazılmış başlıq qeyri-ixtiyari adamın diqqətini üstünə çəkir. “Oqtay Əsədovu “ergenekonçu” Hayrettin Ertekinlə nə bağlayır?” Həqiqətən, şəxslərin kimlikləri maraqlı suallar doğurur. Şəkildəki 3 nəfər məşhurun arasında hansı əlaqələr ola bilər? Kimlərdir o məşhurlar? Milli Məclisin spikeri, 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Oqtay Əsədov, Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev və Türkiyədə məşhur “Ergenekon” davasının məhbuslarından biri olmuş, Erdoğana qarşı “söyüş” kampaniyasına rəhbərlik edən Hayrettin Ertekin. Bəs Azərbaycanın MM rəhbərliyi ilə biznes əlaqələri olan Hayrettin Ertekin, əslində, kimdir? Türkiyədə “məşhurların zərgəri” ləqəbi ilə tanınan Ertekin 2008-ci ildə “Ergenekon” davasında həbs edilib və 5,5 il həbsxanada yatıb. Məhkəməyə girov müqabilində azadlığa buraxılması üçün 40 dəfə müraciət edən iş adamının müraciətləri hər dəfə rədd edilib. Ertəkinin məhkəmədəki bir açıqlaması uzun zaman mətbuata gündəm olub. O, məhkəmə sədrinə üz tutaraq, azadlığa buraxılması müqabilində bütün varidatını girov qoya biləcəyini bildirib: “100 kilo qızıl, istədiyiniz qədər “kupça” və qədərini yalnız sizə deyə biləcəyim qədər pul verə bilərəm. Məhkəmələrə bir gün gəlməsəm, bütün bunlar dövlətin hesabına keçsin.” Ertekin istintaq müddətində də heç bir təşkilatın üzvü olmadığını, sadəcə, tanınmış bir iş adamı olduğunu bildirərək, bütün ittihamları rədd edib. 2015-ci ildə Ertəkin azad edildikdən sonra daha maraqlı hadisə baş verib. Onu öz otağında döydürən Ergenekon istintaqının prokurorlardan biri Zekeriya Öz haqqında həbs qərarı çıxarılıb və Öz həbsdən qurtulmaq üçün Ermənistana qaçıb. Daha sonra işgəncəçi prokuror ordan Almaniyaya gedərək sığınacaq alıb.
Bəlkə də, məsələnin bu tərəfi bizi çox maraqlandırmazdı. Amma maraqlandırmasına önəmli bir səbəb var. Doğrudan da, Türkiyənin indiki Prezidenti Rəcəb Tayyib Ərdoğanla düşmən münasibətlərdə olan “ergenekonçuları” Milli Məclis üzvləri ilə hansı əlaqələr bağlayır? Onlar Milli Məclisin kabinetlərində parlamentin spikeri və Aparat rəhbəri ilə hansı gizli görüşlər keçiriblər? Həmin görüşlərdə Ərdoğana qarşı olan qüvvələrlə hansı gizli danışıqlar gedib? Ərdoğanın özünə düşmən saydığı həmin adamlara hansı məqsədlə maliyyə dəstəyi verilib? Bu məsələ İlham Əliyevin sifarişi olub, yoxsa Parlament rəhbərliyinin biznes maraqlarına xidmət edib? Axı Ertekinin Ərdoğanın qurama davası üzündən 5,5 il həbs yatdığını və onu heç zaman bağışlamayacağını bəyan etdiyini Türkiyədə bilməyən yoxdur. Onun Ərdoğanla düşmən münasibətdə olduğunu hər kəs bilirsə, Əliyevin bilməməsi adama şübhəli görünmürmü? Yoxsa Ertekinin Ərdoğanı söyməsi onun özünə də maraqlı olub ki, adam parlamentin kabinetlərinə qədər gəlib çıxmağı bacarıb? Özü də hər gəlişində onu MM XDMX-nin əməkdaşları müşayiət edib. Kim inanar ki, bütün dünyaya səs salan “Ergenekon” davasının ən məşhur məhbuslarından biri Milli Məclisin kabinetlərində gizli görüşər keçirir, amma Əliyevin bundan xəbəri olmur? Bu işin içində hansı oyun olub, oyunun arxasında dayanan Əliyevmi, başqasımı, artıq qaranlıq məsələdir. Şübhəli bir məsələ də şəkildə MM Aparat rəhbəri Səfa Mirzəyevin onlarla birlikdə olmasıdır. Bilirsiniz, mətbuatda Mirzəyevin adı dəfələrlə PKK ilə əlaqələrinə görə hallanıb. Müəmmalı məsələdir və deyəsən ölkədə həqiqətən “at izi it izinə qarışıb…”
(Ertekin Oqtay Əsədovun qardaşı, “Nurvin” şadlıq sarayın sahibi Nazim Əsədovla)
(Samux r-nu icra başçısı Alı Qocayev, “Ergenekonçu” Ertekin və “Standart” Holdinqin keçmiş rəhbəri Oruc Heydərov)
(Deputatlığa namizəd Oqtay Əsədov, “Ergenekonçu” Ertekin və “Standart” Holdinqin keçmiş rəhbəri Oruc Heydərov)
Amma qaranlıq olmayan başqa bir məsələ də var. Həmin məsələ bundan ibarətdir ki, Ertekin spikerin biznes şərikidir, sosial mediada onların birgə zərgərlik, ticarət və tikinti bizneslərinin olduğu yazılır, eyni zamanda qeyd olunur ki, Standart bank vasitəsilə diqər Ergenekon şəbəkəsi üzvləri maliyyələşirdilər. Xatırlayırsınızsa, biz də ötən yazılarda Oqtay Əsədovun oğurluq pulları ilə Antalyadan tutmuş İzmira, Nişantaşıdakı ofislərə, Orta Köydəki evlərə və obyektlərə qədər səpələnən biznesi haqqında yazmışdıq.
“Striptiz” Məclisin rəhbərliyini Ergenekon şəbəkəsi ilə təkcə biznes maraqlarımı bağlayıb, yoxsa əlaqələrin içində başqa məsələlər də olub? Məsələn, 2016-ci ildə Bakida olanda Ertekin Əsədovun Şüvalandaki bağında Erdoğan höküməti haqda demişdir ki, “biz bu diktatoru və onun ətrafını mütləq devirəcəyik!”. Maraqlıdır, Ergenekonla əlagələr haqda Əliyevin xəbəri var yox yox? Bunu dərdindən araşdırmağa dəyər…
(Ertekin Ergenekonun əsas təçkilatçıları ilə birlikdə)