“Azad et!” virtual mitinqində bütün siyasi məhbuslara azadlıq tələb olundu
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsi ilə əlaqədar jurnalist Sevinc Osmanqızının təşəbbüsü ilə martın 27-də 3 internet televiziyası – Osmanqızı, Azərbaycan Saatı və Azad Söz yutub kanalları virtual mitinq, dünya azərbaycanlılarının həmrəylik aksiyası təşkil edib. “Azad et!” şüarı (#azadet haştağı) ilə təşkil edilən aksiyada Tofiq Yaqublu başda olmaqla, bütün siyasi məhbusların azad edilməsi tələbi səsləndirilib.