Paşinyan əlavə edib ki, “bu, Azərbaycan üçün də imkanlar açır”.
Ermənistan Rusiyanın dəstəyilə Türkiyə ilə münasibətlərini yoluna qoymaq istəyir. Bunu Baş nazir Nikol Paşinyan Vladivostokda Şərq İqtisadi Forumunda çıxışında deyib.
Paşinyan bildirib ki, “Türkiyə ilə danışıq artıq başlanıb”, eləcə də “Dağlıq Qarabağ problemiylə bağlı Azərbaycanla intensiv danışıq aparılır”. Xəbəri Rusiya mediası yayıb.
“Həm də Azərbaycanın çox yaxın biznes tərəfdaşı kimi…”
“Biz təkcə Ermənistanın strateji müttəfiqi kimi deyil, həm də Azərbaycanın çox yaxın biznes tərəfdaşı kimi Rusiyanın dəstəyinə ümid edirik”, – Paşinyan vurğulayıb.
O əlavə edib ki, “bu, Azərbaycan üçün də imkanlar açır”.
Paşinyan eyni zamanda Rusiya və beynəlxalq ictimaiyyətin diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəlməsindən dolayı regionda vəziyyətin kəskinləşməsi ehtimatlından narahatlığını bildirib.
Baş nazir Rusiya və Ermənistanın digər tərəfdaşları ilə sıx əməkdaşlıq sayəsində vəziyyəti nəzarətdə saxlamağın mümkün olacağına ümidini bildirib.
Azadlıq radiosu