“Azərbaycanın Parisdəki səfirliyinə qarşı qəbuledilməz hadisələrə görə təəssüf edirik. Fransa hakimiyyəti səfirliyin təhlükəsizliyinin bərpa edilməsi və onun normal fəaliyyətinin təmin edilməsi üçün bütün tədbirləri görüb. Bu cür hadisələrin bir daha təkrarlanmaması üçün tədbirlər görülüb”. Bu barədə Fransa XİN-in adından öz Twitter hesabında Fransanın Bakıdaki səfiri Zakari Qross bildirib.
Xatırladaq ki, bazar günü onlarla aqressiv erməni Azərbaycanın Parisdəki səfirliyinə hücum edib.
Contact.az