Türkiyədə baş vermiş zəlzələ İraq neftini Türkiyəyə nəql edən Kərkuk-Ceyhan, yaxud Bakı-Tbilisi-Ceyhan kəmərinə ziyan vurmayıb. Bunu “Reuters” enerji rəsmisinə istinadla yayıb.
Zəlzələ nəticəsində azı 1000 nəfər ölüb, yüzlərlə bina dağılıb. Dağıntılar arasında axtarış-xilasetmə işləri davam edir.
+++
Türkiyənin vitse-prezidenti Fuad Oktay zəlzələdə ölənlərin sayının 284-ə çatdığını deyib.
“Associated Press” Türkiyə və Suriyada ümumilikdə azı 360 nəfərin həlak olduğunu yazır. Yüzlərlə yaralı var.
+++
Fevralın 6-da səhər Türkiyənin cənub-şərqində və Suriyada 7.8 bal gücündə zəlzələdə üst-üstə azı 195 nəfər ölüb, yüzlərlə yaralı var. Ölü sayının artacağı gözlənir.
Titrəyişlər Qahirədə də hiss olunub. Ancaq zəlzələnin episentri Türkiyənin Qaziantep şəhəri, Suriyayla sərhədin 90 kilometrliyi olub.
+++
Suriya dövlət mediası zəlzələ nəticəsində azı 100 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirir. Əsasən Hama, Hələb və Latakya vilayətlərində xeyli bina dağılıb.
Regionda bir çox bina Suriyada 12 ilədək çəkən vətəndaş müharibəsi nəticəsində onsuz da ziyan görmüşdü.
Birləşmiş Ştatlar Türkiyə və Suriyada zəlzələdən “dərindən narahat” olub, hadisələri yaxından izləyir. Bunu isə Ağ evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan (Jake Sullivan) Twitter-də yazıb.
“Türkiyə rəsmiləri ilə əlaqə saxlamışam, gərəkən bütün yardımı göstərməyə hazırıq”, – o vurğulayıb.
Türkiyə dünyada ən çox zəlzələ baş verən ölkələr sırasındadır. 1999-cu ildə İzmirdə 7.6 bal gücündə zəlzələ 1zı 17 min nəfərin həyatına son qoyub. 2011-ci ildə şərqi Van şəhərində zəlzələdə 500-dən çox insan həlak olub.
+++
Türkiyə zəlzələdə 76 nəfərin öldüyünü, 440 nəfərin xəsarəti aldığını açıqlayıb.
+++
Bu gün – fevralın 6-da Türkiyənin cənubunda 7.9 bal gücündə zəlzələ olub. “Reuters” agentliyi azı 50 nəfərin həlak olduğunu xəbər verir.
Zəlzələ Kiprdə, Livanda, Suriyada hiss olunub. Türkiyədə onlarla binanın dağıldığı, qarlı küçələrdə dağıntılar altında axtarış-xilasetmə işləri aparıldığı bildirilir.
Kahramanmaraş şəhəri ətrafına xilasetmə komandaları və təchizat təyyarələri göndərilib. “Dördüncü həyəcan səviyyəsi” elan edilib, yəni, beynəlxalq yardım istənilir.
İlkin məlumatlara görə, Türkiyənin Malatya vilayətində azı 23, Şanlıurfada 17, Diyarbəkirdə 6, Osmaniyyədə 5 nəfər ölüb.

Azadlıq radiosu