Minskdə məhkəmə Nobel Sülh Mükafatı laureatı Ales Byalyatskini 10 il həbsə məhkum edib. O, qaçaqmalçılıq və vergidən yayınmada ittiham olunsa da, insan haqları müdafiəçiləri və Qərb hökumətləri bunu avtoritar lider Alyaksandr Lukaşenkanın siyasi motivli qisası adlandırırlar.
Minskdə yerləşən Vyasna (Bahar) insan haqları mərkəzinin martın 3-də bildirdiyinə görə, işdə digər təqsirləndirilənlər Valyantsin Stefanoviç və Uladzimer Labkoviç də uyğun olaraq doqquz və yeddi il həbsə məhkum ediliblər.
Qiyabi mühakimə olunan dördüncü təqsirləndirilən Zmitser Solovyova səkkiz illik həbs cəzası kəsilib.
Azadlıq radiosu