Martın son günlərində Azərbaycanın XİN başçısı Ceyhun Bayramov İsrailə rəsmi səfərə gedəcək. Səfər Azərbaycanın Tel-Əvivdəki səfirliyinin açılacağı dövrə təsadüf edir, xəbəri İsrail KİV-ləri yayıb.
Dünən Azərbaycanın səfiri Muxtar Məmmədov öz etimadnaməsini İsrail XİN-ə təqdim edib.
2022-ci ilin dekabrında Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev səfirlik binasını seçmək üçün İsrailə səfər edib.
Azərbaycanın İsraildə ilk səfirliyinin açılması haqqında qərar 2022-ci ilin payızında qəbul edilib. Səfir noyabrda təyin edilib.
Contact.az