2023 2023  2022  2021  2020  2019  2018  2017  2016  2015  2014  2013  2012  2011  2010  2009  2008  2007  2006  2005  2004  2003  2002  2001  2000  1999  1998  1997  1996  1995  1994  1993  1992  1991       HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ 
















 Açiq mənbələrdən foto.
Açiq mənbələrdən foto.
Bakı bir daha Qarabağ ermənilərini görüşə dəvət edib
Siyasət 
2023 Mart 27 ( Bazar ertəsi )  11:34:27
Bakı/27.03.23/Turan: Martın 27-də Azərbaycan hakimiyyəti Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha görüşə dəvət edib.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, deyə Prezident Administrasiyasının rəsmi məlumatında bildirilir.
Xatırladaq ki, ilk görüş Xocalıda Rusiya sülhməramlılarının rəhbərliyinin vasitəçiliyi ilə keçirilmişdi. Amma görüşdən sonra Ermənistan tərəfi özünü Azərbaycanın tərkibində görmədiyi üçün reinteqrasiya məsələsini müzakirə etmək niyyətində olmadığını və Qarabağın müstəqilliyi uğrunda mübarizə aparacağını bildirib.
Contact.az
 
                                                                                               
















 











