Növbədənkənar seçkilərin gizlin tərəfləri

 

2017 ci il fevralın 5 də Azərbaycan dövlət başçısı İlham Əliyev 2018 ci il aprelin 11 də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzaladı. Halbuki, prezident seçkiləri bu il oktyabrın 17 də keçirilməsi nəzərdə tutulurdu.

Bu cür qərar hansı sosial – iqtisadi və siyasi şəraitdə qəbul edilmiş və onu şərtləndirən faktorlar nədən ibarətdir ?.

Təbii ki, növbədənkənar prezident seçkisi haqqında qəbul edilmiş qərar ilk növbədə, yaranmış fors major vəziyyətdən xəbər verir.

Hal hazırki sosial – iqtisadi gərginlik hamıya məlumdur. Ölkə büdcəsini formalaşdıran neft gəlirləri azaldıqca sosial – iqtisdi gərginlik artan xəttlə yüksəlir. Dogrudu, bu gərginliyin dinamikası əksəriyyət tərəfindən hiss olunmur. Lakin, təhlillər vəziyyət belə davam edəcəyi təqdirdə total sosial partlayışın baş vermə etimalının yüksək olduğunu göstərir. Həmdə bu böhran, hakimiyyətin bu cür vəziyyətlərə adekvat reaksiya vermək imkanına malik olmadığını göstərdi. Bununsa əsas səbəbi, hakimiyyətin əsasən qeyri professionallardan ibarət insanlar tərəfindən formalaşdırılmasından ibarətdir.

2015 ci ilin sonu 2016 cı ilin əvəllərindən başlanan sosial – iqtisadi böhran nəticəsində dövlət strukturlarındakı kütləvi ixtisarlar, aztəminatlı ailələrin sayının artması narazı təbəqənin say tərkibinin genişlənməsinə təkan verib. Doğrudu, bu narazılıq açıq formada ifadə olunmasa da, etirazçı qüvvələrin potensialını genişləndirib. Yalnız bir faktı qeyd etmek kifayətdir ki, məlimatlara görə, 2017 ci ildə ölkədə intihar edənlərinsayı 479 nəfər olmuşdur.

Ölkənin ictimai – siyasi sektoru isə, artıq uzun zamandır böhranlı vəziyyətədə qalmaqda davam edir. Ölkə rəsmiləri bu böhranı “Sabitlik” kimi teqdim etməyə çalışsalarda əslində, vəziyyət təsəvvür edildiyindən daha ciddidir. Aparıcı müxalifət partiyaları bütün resurslardan məhrum edilmiş, faktiki olaraq süni şəkildə ölkənin ictimai – siyasi həyatından təcrid edilib. Tənqidçi müstəqil media susdurulmuş, Vətəndaş Cəmiyyəti İnstitutlarının fəaliyyəti üçün isə, heç bir şərait mövcud deyil.

Beləliklə, ilk dövrlər növbədənkənar prezident seçkilərini şərtləndirən müxtəlif amillər arasında daha çox üç tendensiya səsləndirilirdi:

  1. Dağlıq Qarabağ konflikti;
  2. Beynəlxalq vəziyyət;
  3. Hakimiyyətdaxili yaranmış gərginlik.

Artıq, bu gün əminliklə demək olar ki, evvəlki iki amil özünü doğrultmadı. Daha dəqiq desək, həmin amillər əsl məqsədi gizlətmək üçün ictimai dövriyəyə buraxılmış yayındırıcı amillər idi. Məhz, üçüncü amil “Hakimiyyətdaxili yaranmış gərginlik” növbədənkənar seçkilərin keçirilməsi üçün əsas olmuşdur.

Hələ, 2016 cı il sentyabrında Konstitusiyaya dəyişiliklərə dair referendum keçirilərkən o zaman, ictimai rəydə belə bir fikir mövcud idi ki, həmin dəyişiliklər Əliyevlər ailəsinin şəxsi hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edir. Daha dəqiq desək, həmin referendum prezidentin həyat yoldaşı Mehriban Əliyevanın timsalında “Paşayevlər klanı” nın hakimiyyətə doğru “Zəfər yürüşü” idi. Ölkənin iqtisadi sektorunda kifayət qədər möhkəmlənərək əsas monopolistlərdən birinə çevrilmiş Paşayevlər ən yüksək səviyyədə siyasi hakimiyyəti bölüşdürməyə iddialı idi. Bunun üçün yeni bir ali hakimiyyət institutu, Vitse Prezidentlik institutu təsis edildi. Heçdə təsadüfi deyil ki, həmin referendumdan dörd ay sonra, 2017 ci ilin fevralında M.Əliyeva ölkənin Vitse Prezidenti təyin edilir. Bu, dünya tarixində ilk dəfə olaraq, ölkə prezidentinin öz həyat yoldaşını Vitse Prezident vəzifəsinə təyin etməsi kimi tarixə düşən ilk hadisə oldu. Ancaq, burada maraq kəsb edən məsələ ondan ibarət oldu ki, Prezident Administrasiyasının rəhbəri R. Mehdiyevin başçılıq etdiyi iddia edilən digər klan nümayəndələri Prezident Aparatında daha yüksək vəzifələrə təyin edildilər. Yeni, “Mehdiyev klanı” hakimiyyət strukturlarında öz mövqelərini daha da möhkəmləndirməyə nail oldular. Beləliklə, bu hadisələr belə bir fikir söyləməyə əsas verir ki, Konstitusiyaya dəyişiliklər qarşılıqlı kompramis nəticəsində əldə edilmiş ortaq razılaşmanın məntiqi nəticəsi idi.

Bu kompramis kövrək xarkterli bir razılaşmadı. Ötən il, İlham Əliyev sərəncamla Naxşıvan Muxtar Resöublikasına yeni Daxili İşlər naziri təyin edilməsi haqında sərəncam imzaladı. Məlumdur ki, həmin sərəncam bir necə saatdan sonra geri götürüldü. Bu hadisə onu deməyə əsas verir ki, tərəflərdən biri, daha dəqiq desək Paşayevlər razılaşmanı pozmağa cəhd etmişlər. Lakin, əks tərəfdən ciddi meqavimətlə qarşılaşdıqdan sonra geri çəkilməyə məcbur olmuşlra. Bunun ardınca, daha bir maraqlı hadisə müşahidə olundu. Belə ki, Parlamentdə ordudan daxili sabitliyi qoruyub saxlamaq üçün istifadə edilməsi haqqında qanun qəbul edildi. Əslində, bu qanun, mümkün ola biləcək “Saray cevrilişi”nin qarşısını almaq üçün nəzərdə tutulan qanun idi.

Klanlararası gərginliyi 2017 ci ilin dekabrında Vergilər naziri Fazil Məmmədovun vəzifədən uzaqlaşdırılmasında da, müşahidə etmek olar. Əliyevlər ailəsinin offşor şirkətlər üzrə əsas partnyoru rolunda çıxış edən F.Məmmədovun hakimiyyətdən uzaqlaşdırılması “Mehdiyev klanı”nın cavab zərbəsi kimi qəbul etmək olar. Lakin, Paşayevlər bu cür əhəmiyyətli nazir postu üzərində nəzarəti itirməmək üçüm tələsik olaraq həmin vəzifəyə, bu sahədə heç bir bacarığı və təcrübəsi olmayan Təhsil naziri Milkayıl Cabbarovu təyin etdirirlər.

Məlumdur ki, hər hansı bir nazir vəzifədən azad edildikdə və ya başqa işə keçirildikdə həmin vəzifəyə əvvəlcədən namizəd müəyyənləşdirilir. Bu günə kimi isə hələ də, Təhsil naziri vəzifəsinin boş qalması həmin təyinatın fövqəladə vəziyyətdə verilməsinin göstəricisidi.

Nəticə olaraq , belə bir fikrə gəlmək mümkündür ki, növbədənkənar prezident seçkiləri “Paşayevlər klanı” ilə “Mehdiyev klanı” arasında yaranmış gərginliyin məntiqi nəticəsidir. Daha dəqiq desək, “Mehdiyev klanı” Paşayevləri qabaqlayaraq 2018 ci il oktyabr seçkilərinin aprel ayına təyin etdirməklə, növbəti seçkillərdə Paşayevlərin gözlənilən iddialarını zərərsizləşdirdilər.

Tarixi təcrübə göstərir ki, qeyri – demokratik ölkələrdə siyasi hakimiyyət demokratik prinsiplərlə dəyişmək imkanından məhrum olduqda “Saraydaxili çevrilişlər” aktual olur.

Təsadüfi deyil ki, Konstitusiyaya dəyişiliklər 2015 ci ilin oktyabrında Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş vermiş hadiələrdən sonra gündəmə gəlmişdi. Təsadüfi deyil ki, o zaman Təhlükəsizlik naziri E. Mahmudov prezident ailəsi və yüksək ranqlı məmurlar haqqında kompramat materiallar toplamaqda və dövlət çevrilişi hazırlamaqda ittiham edilmişdi. Lakin, bu cür ciddi iddialara baxmayaraq, E.Mahmudovun həbsi qeyri – mümkün məsələyə çevrilib. Bu isə, belə bir fikri təsdiqləyir ki, doğurdanda E. Mahmudov kifayət qədər ciddi kompramatlara malikdir və həmin kompramat xarakterli materiallar hakimiyyət nümayəndələrinin əli çatmadığı yerdədi. Bu isə, E.Mahmudovun şəxsi təhlükəsizliyinin yeganə qarantıdı.

Bütün cəmiyyətlər kimi azərbaycan cəmiyyətidə, normal olaraq müxtəlif maraq qruplarından ibarətdir. Demokratik ölkələrdən fərqli olaraq, avtoritarizmin hökm sürdüyü ölkələrdə həmin qrupların öz maraqlarını sərbəst şəkildə ifadə etmek və maraq konfliktlərinin qarşılıqlı dialoq əsasında nizamlanması üçün heç bir imkanlar mövcud deyil. Yəni, hakimiyyət bilərəkdən və ya bilməyərəkdən konfliktlərin həlli üçün real şərait yaratmaq əvəzinə həmin konfliktləri “Daxilə qovma” prinsipinə üstünlük verir. Bu isə, təhlükəli tendensiyaların daha da dərinləşməsinə səbəb olur. Beləliklə, ilk baxışda “Sabitlik” kimi görünən vəziyyət əslində, perspektivdə ciddi kataklizmlər üçün münbit şərait yaradır.

Surxan Lətifov