
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 15 Sentyabr – Bakının Qurtuluş Günü münasibətilə özünün sosial şəbəkə hesabında paylaşım edib.
Gununsesi.info Türkiyə prezidentinin qeydini təqdim edir:
“Can Azərbaycanın paytaxtı Bakının düşmən işğalından azad edilməsinin ildönümü münasibətilə təbrik edirəm. Qafqaz İslam Ordusunun komandanı Nuri Killigil Paşanı və bütün igidlərimizi yad edir, bütün Azərbaycan xalqına salamlarımı və sevgilərimi çatdırıram”.
Gununsesi.info