Ukrayna Nazirlər Kabineti Azərbaycanla birlikdə Kiyev vilayətinin İrpen şəhərində bir sıra sosial və mədəni layihələrin həyata keçirilməsi barədə razılığa gəlmək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Nümayəndə heyətinə Ukraynanın icma və ərazilərin inkişafı nazirinin müavini Marina Denisyuk rəhbərlik edəcək.
Layihə çərçivəsində İrpende Azərbaycan Mədəniyyət Mərkəzi, uşaq-gənclər üçün idman məktəbi, incəsənət mərkəzi və yaşayış binası inşa olunması planlaşdırılır.













