Təhsilin yüzlərlə problemləri qalıb kənarda.
Amma bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.
Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.
Narazılığın çoxu da son 5 ildə, onun nazirliyi dövründə yaranıb. Problemlərin də heç biri həll edilmir, əksinə günbəgün artmaqdadır.
Onlar da, bu ASAN yolla xalqı az da olsa, razı salmaq istəyirlər.
Təhsilin köklü problemləri həll edilmir, sadəcə köməkçisi sosial şəbəkədə kiməsə cavab verir, nə isə yazır, əvəzində az qala onu milli qəhrəman səviyyəsinə qaldırmağa kimlərsə cəhd edir.
Bu durum “bəy mənimlə söhbət etdi” , kimi el məsəlinə bənzəyir lap. Nazirin öz sözü ilə desək, bu hay-küydən başqa bir şey deyil.
Həftədə 2 dəfə Xankəndidə dərs deməyə gedən və həmən gün də geri dönən müəlliməyə nazirin köməkçisi, şərh yazır, bu şırhi tez reklam edirlər, amma deyən yoxdur ki, niyə ölkədə distant təhsilə icazə vermirlər? Bu müəllimə niyə dərsini onlayn demir?
Niyə bu qədər zəhmətə və resurs itkisinə zəmin yaradılır?
Amma kim kimə hansı mesajı yazmasından asılı olmayaraq, valideynlər yenə də hər ay 500-1000 manat repetitorlara pul səpir, müəllimlər onlara qarşı edilən haqsızlıqlardan narazıdırlar və təhsildə illərlə yıöılıb qalan digər çox ciddi problemlər də həll edilmir, öz yerində qalır, nazir də öz işində, PR da davam edir.
Amma az adam deyir və yazır ki, bu nazirin bir çox hallarda sözü və əməli ziddiyyət təşkil edir. Bundan böyük nöqsan ola bilərmi?













