Aslan İsmayılov yatan alimlərdən danışdı…

  • By Admin2
  • 25 Fevral 2026 15:56

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Sözügedən iclas maraqlı və bir o qədər də xoş qarşılanmayan məsələ ilə gündəmə düşüb.

Belə ki, iclas zamanı bir neçə alimin yatmağını əks etdirən fotoları sosial şəbəkələrdə həm də sərt tənqid olunub, həm də gülüş obyektinə çevrilib.

İctimai-siyasi şəxslər də həmin müzakirələrə qoşulub, öz mövqelərini bildiriblər.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı Aslan İsmayılov da münasibət bildirib.

O, yayılan bu fotolara belə ad verib:

“Azərbaycanın əsas elm ocağında olan vəziyyət…”

Aslan İsmayılov eyni zamanda bildirib:

“Heyf Sizlərdən – Mirəsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mirəli Qaşqay, Azad Mirzəcanzadə. Sizin yaratdığınız, dünyaya tanıtdığınız Azərbaycan Elmlər Akademiyası bu gün lağ obyektinə çevrilib”.

Elmar

Gununsesi.info