Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Rusiyanın VPN xidmətlərindən istifadəyə qadağa və ya cərimə tətbiq etmək planı yoxdur.
Gununsesi.info bu barədə Rusiya mediasına istinadən məlumat verir.
Kremlin sözçüsü ölkədə VPN istifadəsinə əlavə məhdudiyyətlərin planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı suala cavab olaraq bildirib ki, “Bu məsələ ilə bağlı heç bir qadağa və ya cəza yoxdur. Əksinə, heç bir məlumatım və ya bu barədə hər hansı bir planım yoxdur. Lakin bu məsələlərlə bağlı Rabitə Nazirliyi və Roskomnadzorla əlaqə saxlamağı tövsiyə edirəm”.
Qeyd edək ki, dünən Rusiya telekommunikasiya operatorları istifadəçiləri VPN xidmətlərindən və bloklanmanı keçməyin digər vasitələrindən istifadə zamanı mümkün fasilələr barədə məlumatlandırmağa başlayıblar.
Elə həmin gün Peskov bildirib ki, mövcud təhlükəsizlik tədbirlərinə artıq ehtiyac qalmadıqdan sonra Rusiyada internet xidməti normal vəziyyətinə qayıdacaq. O əlavə edib ki, əksər rusiyalılar bunu başa düşürlər.
Orxan










