2025-ci ildə məşhur olan mahnılar - SİYAHI

2025-ci ildə digər sahələr kimi, musiqi sahəsində də bir sıra yeniliklər oldu.

Bu yeniliklər həm dünya, həm də Azərbaycan üçün xarakterikdir.

Gununsesi.info -nun xəbərinə görə, belə ki, Amerikalı müğənni Ledi Qaqanın “Abracadabra” mahnısı 2025-ci ilin ən yaxşı hiti seçilib.

Mahnı “Rolling Stone” jurnalının siyahısında birinci yerdədir.

Azərbaycanda da trendə düşən yeni mahnılar oldu.

Bunlara misal olaraq daha populyar olanlardan Faiq Ağayevin “Gül”, Röya Ayxanın isə “Qürur” mahnılarını demək olar.

Bundan əlavə, 2025-ci ildə Mamagamanın (Azərbaycan musiqi qrupu) “un With U” mahnısı 19 fevral 2025-də çıxıb və Eurovision 2025 üçün Azərbaycan təmsilçisi olub.

Bu mahnı sosial şəbəkələrdə və platformalarda geniş yayılıb.

Həmçinin sözügedən siyahıya əlavə etmək olar:

Billie Eilish “Birds of a Feather”, Bad Bunny “DTMF”, Alex Warren “Ordinary”, Chappell Roan “Pink Pony Club”.

 

Elmar

Gununsesi.info