
27 sentyabr torpaq, vətən uğrunda həlak olanlarımızın Anım Günü həm də şərəf günümüzdür. Qisasa atıldığımız, zəfərə can atdığımız şanlı tarixdir. Yurd üçün canından keçməyi bacaran övladların harayında düşmənə ölüm sədasıdır bu gün. Narahat ruhların gülmsəməsinə zəfər çağrışıdır, nidadır!
Təəssüf ki itkisiz ötüşmədik, say-seçmə üç min igid aslanlar şəhid oldu. Ağladıq, ağrıdıq var olduğumuz bütün zamanlarda ağlayacaq, ağrıyacayıq. Fəqət təsəllimiz də var. Azad etdiyimiz vətənin göylərində dolaşan xoşbəxt ruhlar, hər qarışı cənnətə dönəcək müqəddəs torpaq, and yerimiz şəhid məzarları. Bir də, bir də bir ölüb min doğulan var olmağımız.
Bu cocuq, atası sərhəddə vətən keşiyi çəkən Aslan bəyin körpəsidir. Düşmən çəpəridir, gələcəyimizin ər igididir. Şərəf günümüzə tanrı hədiyyəsi olan onlarala yeni törəməmizdən biridir.
Atalı, analı böyüsün! Ona qəhrəman babalardan, ərən atalardan, sevgi dolu ana laylasından hər daşı əziz olan, qan bahasına qorunan vətən var əmanət. Bu vətənin hər səfasına haqq edirsən, ona da əminik ki, türk oğlu türk olaraq cəfasına da lazım gələndə can fəda etməyi bacaracaq ruhda böyüyəcəksən!
Tanırı üzündən təbəssümünü əksik etməsin!
Məncə bizlərin var olmağı üçün canından keçən şəhidlərimizin ruhuna bu təbəssümdən böyük ehtiram tapmaq çətin olar!
Bu gül üzlü cocuğun gülüşündə ruhunuz gülsün əziz şəhidlər!
Pərviz Yəhyalı