Paşinyan AŞ PA-ya gedir

Sentyabrın 29-da Avropa Şurası Parlament Assambleyasının payız sessiyası işinə başlayacaq.

Qurumdan Gununsesi.info-ya verilən məlumata görə,  AŞPA-nın payız sessiyası çərçivəsində Qəzzadan reportaj hazırlayan jurnalistlərin həyatlarının müdafiəsi və Rusiya Federasiyası tərəfindən əsirlikdə olan ukraynalı jurnalistlərin azad edilməsi üçün səylərin gücləndirilməsi zərurətinə dair debatlar olacaq.

“Sentyabrın 29-da veriləcək 2025-ci il Vatslav Havel İnsan Hüquqları Mükafatı üçün üç jurnalist də qısa siyahıya düşüb. Assambleyada Malta prezidenti Myriam Spiteri Debono, eləcə də Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Maltanın baş nazirinin müavini, xarici işlər və turizm naziri, Nazirlər Komitəsinin sədri Yan Borq çıxış edəcək.

Bundan başqa baş katib Alain Berset sessiyanın açılışında, həmçinin Vatslav Havel İnsan Haqları Mükafatının Mükafat Mərasimində iştirak edəcək. 

O, parlamentarilərlə sual-cavab iclasında iştirak edəcək. Sessiya zamanı Assambleya növbəti beş il üçün öz Baş katibini seçəcək.  Assambleya sessiyanın ilk günündə yekun gündəliyi qəbul edəcək”.

 

Firuzə

Gununsesi.info