5 otaqlı evdə yanğın olub

  • By Admin08
  • 20 Sentyabr 2025 23:29

Paytaxtın Xətai rayonunda ümumi sahəsi 120 m² olan 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, yüksək temperaturdan 6-cı mərtəbədə mənzilin eyvanında 1 ədəd pəncərə çərçivəsi və kondisionerin mühərrik hissəsi əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info