İlham Zəkiyev finala çıxdı

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında finala yüksəlib.

Gununsesi.info xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.

Yarımfinalda türkiyəli Gökhan Biceri ipponla üstələyən Zəkiyev həlledici mərhələyə adlayıb.

 

Gununsesi.info