ABŞ Senatı hökumətin qismən dayandırılmış fəaliyyətinin bərpasına imkan verəcək qanun layihəsini qəbul edib.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Razılaşmaya əsasən, hökmətin maliyyələşməsi yanvarın 30-dək təmin ediləcək. Hazırda layihə Nümayəndələr Palatasına göndəriləcək, daha sonra isə Prezident Donald Tramp tərəfindən imzalanmalıdır.
Prosesin bir neçə gün ərzində başa çatacağı gözlənilir.













