ABŞ Senatı prosedur səsverməsində hökumətin hazırda qismən dayandırılmış fəaliyyətinin (şatdaun) bərpasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, sənədi 60 senator dəstəkləyib, 40-ı isə əleyhinə səs verib.
Layihə Nümayəndələr Palatasına qaytarılacaq. Daha sonra onu prezident Donald Tramp imzalamalıdır.
Prosesin bir neçə gün vaxt alacağı bildirilir.













