Biz İranın nefti bəyəndiklərinə satmaqla və ya bəyənmədiklərinə satmamaqla pul qazanmasına icazə verməyəcəyik. Ya hamısı, ya da heç nə.
Gununsesi.info xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp bildirib.
“Venesuela ilə nə etdiyimizi gördünüz. Bu, çox oxşar bir şey olacaq, amma daha yüksək səviyyədə. Biz Hörmüz boğazını İran üçün blokadaya alacağıq. Bu, bir az vaxt aparacaq, amma tezliklə öz bəhrəsini verəcək. Onlar sanki bütün kartları onların əlindəymiş kimi gəldilər, amma elə deyikl”, – deyə Tramp əlavə edib.
O əlavə edib ki, NATO ölkələri Hörmüz boğazını minalardan təmizləməyə kömək etmək istədiklərini deyirlər və bu, çox çəkməyəcək:
“Başqa bir neçə ölkə minaaxtaranlar göndərir. Dronları məhv etmək üçün yeni avadanlıqlarımız var – sanki kompüterləşdirilmiş güllələr. Həmçinin dronları əridən lazerlərimiz də var. Bu, gözəl mənzərədir”.











