AQTA-dan növbəti yoxlama: - Çörək sexində nöqsanlar aşkarlandı

  • By Admin2
  • 12 Yanvar 2026 09:58
AQTA əməkdaşları tərəfindən İmişli rayonu, Ə. Həmidov küçəsində fəaliyyət göstərən, Şirinov Fuad Həmid oğluna məxsus çörək emalı müəssisəsində yoxlama aparılıb.
Gununsesi.info xəbər verir ki, aaparılan yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.
Belə ki, sexdə müşahidə olunan vəziyyət çəkilmiş fotolarda öz əksini tapıb.
Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, müəssisə rəhbəri isə inzibati məsuliyyətə cəlb olunub.