Ata-oğul dəm qazından öldü

  • By Admin2
  • 07 Mart 2026 10:48

Qaradağ rayonunda ata və oğlu dəm qazından ölüb. 

Gununsesi.info xəbər verir ki, hadisə martın 6-sı saat 16 radələrində qeydə alınıb.

1983-cü il təvəllüdlü Ruslan Məmmədov və 16 yaşlı oğlu Yusif yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Hadisə ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info