
İranın xarici işlər naziri Abbas Əraqçi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin Dohada keçiriləcək iclasında iştirak etmək üçün Qətərə gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə İran XİN rəhbərinin Telegram kanalında məlumat verilib.
“İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri İƏT xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün sentyabrın 14-də səhər Dohaya yola düşüb”, – nəşr qeyd edir.