Bərdə rayonunda bir ailənin dörd üzvü qidadan zəhərlənib.
Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə dekabrın 7-də Xanərəb kəndində baş verib.
1968-ci il təvəllüdlü Vüqar Əliyev, həyat yoldaşı 1968-ci il təvəllüdlü Elza Əliyeva, oğlu 1994-cü il təvəllüdlü Şəmistan Əliyev və onun arvadı 2006-cı il təvəllüdlü Təhminə Əliyeva yaşadıqları evdən qidadan (pomidor turşusu) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
T.Əliyevanın vəziyyətinin ağır, digərlərinin vəziyyəti qənaətbəxş olduğu bildirilir.











