AXCP sədri Əli Kərimlinin ağır cinayətdə ittiham olunaraq həbs olunması gündəmin əsəs müzakirə mövzularından biridir.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputatlar və hökümətə yaxınlığı ilə seçilən mediada AXCP və Müsavatın bağlanmasına dair tələblər gündəmə gəlib.
Tanınmış hüquqşünas Aslan İsmayılov Gununsesi.info-ya açıqlamasında bu tələbləri şərh edib. Onun sözlərinə görə son günlər bəzi şəxslərin belə bir təşəbbüslə çıxış etməsi yanlışdır.
Son günlər bəzi səlahiyyət sahibləri Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının bağlanmasını tələb edirlər. Bu fikri çox yanlış və Dövlətimiz üçün zərərli sayıram. Bunu hakimiyyətə yarınmaq üçün edənlər isə elə hakimiyyətə, onun ən üstündə duranlara vurduqları ziyanları təsəvvür etmirlər.
İnanıram ki, bu addımın ifrat yarınmaq olduğunu yaxın günlərdə görəcəklər. Yaltaqlanmağın da həddi olmalıdır.
Aslan İsmayılov daha sonra bildirib ki, bu gün ölkədə baş verənləri başqaları, xüsusilə bizə düşmən olanlar da diqqətlə izləyirlər.













