6 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi fəal Bəxtiyar Hacıyev cərimə təcridxanasına salınıb.
Bu barədə Gununsesi.info-ya Hacıyevin qardaşı Vüqar Hacıyev bildirib.
Onun sözlərinə görə, qardaşı müəssisə rəisi Fariz Əliyevin təzyiqlərinə məruz qaldığı üçün aclıq aksiyasına başlayıb:
“Bəxtiyar bu müəssisəyə gələn gündən onu incidir. Normal yerlə təmin etmir. Biz Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova da müraciət etmişik”.
Firuzə Mahmudova
Gununsesi.info













