Toyda kütləvi dava: bıçaqlanan var

  • By Ayshan
  • 24 Noyabr 2025 20:45

Tovuz rayonunda toy məclisində kütləvi dava olub.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki şadlıq evində ofsiantlar arasında baş verib.

Dava zamanı 1998-ci il təvəllüdlü Nihad Hüseynov bıçaqlanıb. Təcili xəstəxanaya çatırlan yaralı əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.

Faktla bağlı araşdırmalar davam edir.

Gununsesi.info