Bakıda 10 min manatlıq oğurluq

  • By Ayshan
  • 04 Noyabr 2025 14:01

Paytaxtın Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. 

Gununsesi.info xəbər verir ki, zərərçəkmiş iki nəfər polisə müraciət edərək ümumilikdə 10000 manat dəyərində məişət əşyalarının talanmasını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə V.Məmmədov və əvvəllər məhkum olunmuş R.Əliyev şübhəli şəxs qismində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.