“Son 5 ildə devalvasiya riski olmayıb” – Mikayıl Cabbarov

“Son 5 ildə devalvasiya ilə bağlı risklər görməmişik”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir deyib ki, 2015-ci ildə Azərbaycanda devalvasiya yaşanıb: O zaman baxsaq ki, Dövlət Neft Fondundan nə qədər pulumuz var idi və bu vəsaitdən nə qədər istifadə edirdik, bugünkü rəqəmlərlə müqayisə edilmir. Hazırda xərc siyasətimiz çox məsuliyyətlə həyata keçirilir”.

 

Gununsesi.info